Parisi əvvəlcə üfunət iyi bürüdü, indi də savaş meydanına çevrilib -

Parisdə yerli əhalis etiraz aksiyası keçirir.

Metbuat.az xarici KİV-nə istinadən xəbər verir ki, buna səbəb hökumətin pensiya yaşını qadınlar üçün 57, kişilər üçün 59 yaşdan uyğun olaraq 62 və 64-ə qaldırmaq istəməsidir.

Etirazçılarla polis arasında qarşıdurma yaşanıb. Etirazçılara qarşı gözyaşardıcı qazlardan istifadə edilib.

Sksiyaya görə 120 nəfəri saxlanıldığı deyilir.

Xatırladaq ki, Parisdə bir həftədir zibilyığanlar tətil edir. Zibilyığanlar tətili martın 19-dək uzatmaq barədə qərar qəbul ediblər. Turistlərin ziyarət etdikləri Parisin ən məşhur küçə və meydanlarında tonlarla zibil toplanıb. Həşəratlar və siçovullar tullantıların üstünə toplaşıb. Ətrafa üfunət yayılıb.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR