Lazımi biliklər 9​-cu sinifə qədər formalaşmayıbsa, ondan sonrası çətindir -

"Lazımi biliklər 9-cu sinifə qədər formalaşmayıbsa, sonradan 2 il ərzində bütün proqramı öyrənmək çətindir".

Metbuat.az xəbər verir ki, bunu DİM sədri Məleykə Abbaszadə deyib.

Onun sözlərinə görə, əsas proqram 9-cu sinifə qədərdir: "Uşaq 2 ilə 600 bal yığacaq kimi vədlər verilir. Əgər bizim təhlilləri oxuyub düzgün vədlər versəydilər belə hallar yaranmazdı. Biz maarifləndirmə işləri aparırıq, daha da gücləndirməyə çalışırıq. İmtahandan əvvəl, sonra stresslər və s. Hətta artıq şagirdlərin ixtisas seçiminə kömək üçün xüsusi testlərdən keçib onlara məsləhət vermək imkanı yaratmışıq. Açıq deyim ki, bu xidmətlərdən istifadə edən azdır".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR