Rusiyanın yalanı üzə çıxdı -

ABŞ dairələri Rusiya təyyarəsinin Qara dənizdə ABŞ PUA-sının üzərinə yanacaq tökdüyü anların görüntüsünü paylaşıb.

Metbuat.az xəbər verir ki, kadrlarda Rusiyanın iki Su-27 təyyarəsinin Qara dənizdə ABŞ-ın MQ-9 tipli PUA-sını təqib etdiyi müşahidə edilir. Rusiya təyyarəsinin müdaxiləsindən sonra ABŞ PUA-sı Qara dənizə neytral əraziyə düşüb.

Qeyd edək ki, Rusiyanın Müdafiə Nazirliyi ABŞ PUA-sına müdaxilə edildiyi barədə iddiaları rəsmən rədd etmişdi. Rusiya tərəfi iddia edirdi ki, PUA yüksəklikdən uçarkən idarəetməni itirərək, dənizə düşüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR