Bakıda yaşayış binasında

Bakıda yaşayış binasında yanğın olub.

Bu barədə Metbuat.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, paytaxtın Qaradağ rayonunda doqquzmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 49 m² olan 2 otaqlı mənzilin mətbəxinin lambirdən ibarət tavanı 6 m² sahədə yanıb. Yüksək temperaturdan 1 ədəd soyuducu, 1 ədəd plastik qapı və 1 ədəd pəncərə çərçivəsi qarsalanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR