Sərhəd-buraxılış məntəqələrində qısamüddətli ləngimələr yaranıb -

Mart ayının 18-də İAMAS sistemində yaranmış texniki nasazlıq səbəbindən dövlət sərhədindən buraxılış məntəqələrində vətəndaşların və nəqliyyat vasitələrinin hərəkətində qısamüddətli ləngimələr yaranıb.

Bu barədə Metbuat.az-a Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən məlumat verilib.

Bildirilib ki, operativ olaraq həyata keçirilmiş tədbirlər nəticəsində nasazlıq aradan qaldırılıb, vətəndaşların və nəqliyyat vasitələrinin buraxılışı təmin edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR