Bayram günlərində rayonlarda gözlənilən hava şəraiti açıqlandı

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti bayram günlərində bəzi rayonlarda gözlənilən hava proqnozunu açıqlayıb.

Xidmətdən Metbuat.az-a verilən məlumata görə, Qəbələ rayonunun bəzi yerlərində fasilələrlə yağış yağacağı, martı 22-si axşam tədricən kəsiləcəyi, martın 23-24-də əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək, sürəti 3-8 metr/saniyə olacaq. Havanın temperaturunun gecə 5-7°, gündüz 12-15° isti olacağı proqnozlaşdırılır.

Şahdağda (Qusar) havanın arabir yağıntılı olacağı, mart ayının 20-si gündüz, 21-i axşam, 22-si gecə və səhər arabir qara keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək, sürəti saniyədə 3-8 metr olacaq. Havanın temperaturunun gecə 2-4°, gündüz 0-2° şaxta olacağı ehtimal edilir.

Lənkəran rayonunun bəzi yerlərində fasilələrlə yağış yağacağı, martın 22-si gündüz tədricən kəsiləcəyi, martın 23-24-də havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək, sürəti 5-10 metr/saniyə olacaq. Havanın temperaturunun gecə 7-9°, gündüz 13-16° isti olacağı bildirilir.

İsmayıllı rayonunda martın 20-si gündüzdən 22-si gündüzədək fasilələrlə yağış yağacağı gözlənilir. Martın 23-24-də hava əsasən yağmursuz keçəcək. Arabir duman olacaq. Şərq küləyi əsəcək, sürəti saniyədə 3-8 metr olacaq. Havanın temperaturunun gecə 5-7°, gündüz 13-15° isti olacağı ehtimalı var.

Şəki rayonunun bəzi yerlərində fasilələrlə yağış yağacağı, martın 22-si gündüz tədricən kəsiləcəyi, martın 23-24-də havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər saatlarında duman olacaq. Şərq küləyi əsəcək, sürəti 5-10 metr/saniyə olacaq. Havanın temperaturunun gecə 5-7°, gündüz 12-15° isti olacağı gözlənilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR