İtkin düşən dörd yeniyetmə tapıldı - YENİLƏNİB /

Yevlaxda itkin düşən dörd yeniyetmə tapılıb.

Metbuat.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Hazırda Yevlax Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.

18:28

Yevlaxda itkin düşən 4 yeniyetmə axtarılır.

DİN Mətbuat xidmətindən Metbuat.az-a bildirilib ki, mart ayının 19-da Yevlax rayonunun Ərəş kəndində yaşayan 4 yeniyetmə - 2008-ci il təvəllüdlü Quliyeva Sona Səyyaf qızı, 2008-ci il təvəllüdlü Musayeva Aysu Nəsimi qızı, 2005-ci il təvəllüdlü İsmayılov Nəbi Seyran oğlu və 2005-ci il təvəllüdlü Soltanov Ələmdar Elgün oğlu yaşadıqları evlərdən çıxaraq bir daha geri qayıtmayıblar.

Şəkillərdəki şəxsləri görənlərdən və barələrində məlumatı olanlardan DİN-in “102 – Zəng Mərkəzi”nə, həmçinin Yevlax Rayon Polis Şöbəsinin (022) 336 – 45 – 02 şəhər və (055) 537 – 87 – 97 mobil nömrələrinə zəng vurmaları xahiş olunur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR