“Neftçi”nin legionerlərindən bayram təbriki - VİDEO

“Neftçi” futbol klubunun legionerləri Novruz bayramı münasibətilə Azərbaycan xalqını fərqli tərzdə təbrik ediblər.

Metbuat.az xəbər verir ki, bunu əks etdirən görüntülər klubun instaqram hesabında paylaşılıb.

Milli geyimdə olan futbolçular yumurta döyüşdürüb, şam yandırıb, Novruz şirniyyatları, səməni düzülmüş masada fotosessiya ediblər.

Əcnəbi futbolçular Mateus Saldanya, Kenni Sayef və Sezar Meza Kolli bayram arzularını Azərbaycan dilində çatdırıblar.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR