Rus qırıcısı “Bayraktar”ı məhv etmək istədi - VİDEO

Rusiya təyyarələri Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus “Bayraktar TB2” dronlarını vurmağa cəhd edib.

Metbuat.az xəbər verir ki, Qara dəniz üzərində “reaktiv yuma” (Jet wash) üsulunu sınayan ruslar məqsədlərinə nail ola bilməyiblər.

TB2 “tələ”dən yayınaraq, uçuşunu davam etdirib.

“Reaktiv yuma” aviasiyada reaktiv mühərrikin arxasında alovlanma nəticəsində yaranan hava axınını ifadə edir. Bu üsul PUA kimi yüngül hava vasitələrini sıradan çıxarmaq üçün istifadə olunur.

Ruslar bundan əvvəl ABŞ PUA-larını bu üsulla sıradan çıxarıblar.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR