Rusiya bu azərbaycanlını "İnterpol"la axtarır -

Rusiya azərbaycanlı Çingiz Cahangirovu beynəlxalq axtarışa verib.

Metbuat.az xəbər verir ki, bu barədə İnterpol-da məlumat paylaşılıb.

Qeyd edilib ki, 43 yaşlı Çingiz bir qrup şəxs tərəfindən qabaqcadan əlbir olaraq adam öldürməyə cəhd, odlu silahın və onun əsas hissələrinin qanunsuz əldə edilməsi, başqasına verilməsi, saxlanması, daşınması və ya daşınmasında təqsirli bilinir.

Onun tapılması üçün Rusiya hüquq-mühafizə orqanları qırmızı bülletenlə İnterpola müraciət ediblər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR