Amerikada 28 yaşlı afroamerikalı İrvo Otenio 11 dəqiqə polis tərəfindən zorla yerdə saxlanıldıqdan sonra vəfat edib.
Metbuat.az xəbər verir ki, hadisə Virciniya ştatında qeydə alınıb. Belə ki, 28 yaşlı gənc 10 polisin zorakılığından sonra ölüb.
Hazırda məsələ ilə bağlı araşdırmalar davam edir.
Qeyd edək ki, bu hadisə 2020-ci ildə polisin Corc Floydu öldürməsini xatırladıb. Həmin zaman polis 46 yaşındakı qaradərili Floydun boynunu 8 dəqiqə 46 saniyə dizi ilə sıxmışdı və Corc oradaca vəfat etmişdi. Bu hadisədən sonra Amerikada kütləvi etirazlar olmuşdu.
İrvo Otenionun ölüm anı
Corc Floydun ölüm anı - 2020