Makron etirazlara məhəl qoymadı -

Fransa hökumətinin təklif etdiyi pensiya islahatı demokratik yolunu davam etdirəcək və ilin sonuna qədər qüvvəyə minməlidir.

Metbuat.az xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron TF1 və France 2 telekanallarına müsahibəsində deyib.

Makron parlamentdəki müzakirələr və qanun layihəsinin qəbulundan sonra hökumətə etimad səsverməsi də daxil olmaqla bütün formal prosedurlara əməl edildiyini xatırladıb: “Biz qanun layihəsi ilə bağlı Konstitusiya Şurasının rəsmi mövqeyi gözləməliyik”.

O, həmçinin islahatın ilin sonuna qədər qüvvəyə minəcəyinə ümid etdiyini bildirib.

Qeyd edək ki, Fransa hökuməti pensiya yaşını qadınlar üçün 57, kişilər üçün 59 yaşdan uyğun olaraq 62 və 64-ə qaldırmaq istəyir. Bu səbəbdən ölkədə etiraz aksiyaları davam edir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR