Rusiya XİN ABŞ-ı nüvə silahı ilə hədələdi

“Vaşinqton beynəlxalq hava məkanında Amerika təyyarələrinə yaxınlaşan Rusiya təyyarəsini vurarsa, Rusiya Federasiyası özünü hər vasitə ilə müdafiə edəcək”.

Metbuat.az xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib.

ABŞ senatoru Lindsi Qremin beynəlxalq sular üzərində Amerika hədəflərinə yaxınlaşan Rusiya təyyarələrini vurmaq çağırışını şərh edən diplomat qeyd edib ki, bu cür bəyanatlar ciddi qəbul edilməlidir, çünki onlar Moskvanı bütün sahələrdə, o cümlədən hərbi reputasiyasına zərbə vurmaq üçün əllərindən gələni etməyə hazır olduqlarını əks etdirirlər.

O vurğulayıb ki, bu cür bəyanatlar verən insanların nüvə əsrinin reallıqları haqqında çox az təsəvvürləri var və Rusiyanın özünü ixtiyarında olan bütün vasitələrlə təcavüzkar hücumlardan müdafiə etməyə hazır olduğunu unudublar.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR