ABŞ institutu: “Rusiya qoşunları hücumla bağlı prioriteti dəyişib”

“Rusiya ordusu Ukrayna ərazisində hücum əməliyyatları ilə bağlı prioriteti ciddi şəkildə dəyişib”.

Metbuat.az xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu məlumat yayıb.

“Rusiya ordusu Baxmut yaxınlığında hücum əməliyyatını əhəmiyyətli dərəcədə ləngidib və əvəzində səylərini digər istiqamətlərə, xüsusən də Avdeyevka bölgəsinə yönəldib”, - ABŞ institutunun ekspertləri hesab edirlər.

Bildirilib ki, Rusiya qoşunları indi Avdeyevkanı mühasirəyə almaq üçün bu yaşayış məntəqəsi ətrafında hücum əməliyyatlarının sürətini artırır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR