Rusiya XİN-dən Qərbi Azərbaycanla bağlı AÇIQLAMA

Azərbaycan əhalisinin Ermənistana qayıtması (Qərbi Azərbaycan – red.) tərəflər arasında dialoqda nəzərdən keçirilməlidir.

Metbuat.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə bildirib.

“Bilirsiniz ki, bu mövzu çox həssas xarakter daşıyır. Bu, iki xalqın barışığı kontekstində tərəflər arasındakı dialoqda nəzərdən keçirilməlidir. Ermənistan-Azərbaycan əlaqələrinin normallaşması prosesinin əsasını ən yüksək səviyyədə üçtərəfli razılaşmalar kompleksi təşkil edir. O, humanitar problemlərini də əhatə edir. Bu günə olan ən vacib vəzifə qeyd edilən razılaşmaların bütün müddəalarının Bakı və Yerevan tərəfindən ardıcıl şəkildə həyata keçirilməsidir”, – deyə M.Zaxarova vurğulayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR