Türkiyədə güclü yanğın baş verdi - VİDEO

Türkiyənin Artvin vilayətinin Kemalpaşa bölgəsində yerləşən çay fabrikində səhər saatlarında yanğın baş verib.

Metbuat.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, yerli vaxtla saat 9.00 radələrində baş verən yanğın çay anbarında baş verən qısaqapanma nəticəsində olub. Yanğının miqyası böyük olduğundan yanğınsöndürənlər 1,5 saatdan sonra vəziyyəti qismən nəzarətə götürə biliblər. Artvin Valiliyindən verilən məlumata görə, hadisə zamanı ölən və yaralanan olmayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR