Dünyada qızıl ucuzlaşıb

Dünya bazarında qızılın qiyməti dünənki 2,4 %-lik sıçrayışdan sonra stabilləşərək bu səhər bir qədər ucuzlaşıb.

Metbuat.az hərracın məlumatlarına əsasən xəbər verir ki, Nyu Yorkun “Comex” birjasında qızılın aprel fyuçerslərinin qiyməti 1 troy unsiyası üçün 2,2 ABŞ dolları və ya 0,11 % ucuzlaşaraq 1 993,7 ABŞ dolları olub.

Gümüşün may fyuçersləri isə bu dəfə 0,15 % artaraq bir unsiya üçün 23,29 ABŞ dolları təşkil edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR