Fransada etirazlarda 457 nəfər həbs edilib

Fransada keçirilən etiraz aksiyalarında indiyə kimi 457 nəfər həbs edilib.

Metbuat.az xarici KİV-ə istinadən məlumat verir ki, baş verən toqquşmalarda 441 polis əməkdaşı yaralanıb.

Aksiya iştirakçıları ilə toqquşmalarda hüquq-mühafizə orqanlarının 441 əməkdaşı yaralanıb.

Qeyd edək ki, martın 16-da Fransa Senatının yuxarı palatası pensiya islahatları barədə qanun layihəsini dəstəkləyib. Lakin Milli Assambleyada səs çoxluğuna əmin olmayan Fransa hökuməti səsvermədən yan keçərək islahat qanununu qəbul edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR