Britaniya Azərbaycan Ordusunun hərbçiləri üçün təlim keçib

Böyük Britaniya Azərbaycan Ordusunun hərbçiləri üçün təlim keçib.

Metbuat az xəbər verir ki, bunu Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld tvitterdə yazıb.

O qeyd edib ki, praktiki təlimlər BMT-nin nizamnaməsinə uyğun davranış qaydaları və silahlı münaqişə hüququ kimi mövzuları əhatə edib.

Diplomatın sözlərinə görə, 4 həftəlik Çoxmillətli Sülhü Dəstək Əməliyyatları Kursu martın 24-də başa çatıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR