Ukraynada döyüşən azərbaycanlı zabit vəfat etdi -

Ukrayna Silahlı Qüvvələrinin əslən azərbaycanlı hərbçisi Ziya Abdullayev vəfat edib.

Metbuat.az modern.az-a istinadən xəbər verir ki, polkovnik-leytenant Ziya Abdullayev beynində olan xəstəlikdən həyatını itirib.

Hərbi qulluqçu xəstəliklə bağlı bir neçə dəfə əməliyyat olunsa da, müsbət nəticə almayıb. Həmyerlimiz bu gün Xarkovda dəfn edilib.

Qeyd edək ki, Ukrayna ordusunun hərbi qulluqçusu əslən Naxçıvandan olub.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR