Ukraynaya gedən Putindən GÖZLƏNİLMƏZ ETİRAF -

Rusiya Prezidenti Vladimir Putin Ukraynanın işğal altındakı Mariupol şəhərinə səfəri ilə bağlı maraqlı etiraf edib.

Metbuat.az xəbər verir ki, o, "Rusiya-1" telekanalına müsahibəsində bildirib ki, avtomobillə hərəkət zamanı təhlükəsizlik kəmərini taxmayıb. Putin bunu hücum təhlükəsi ilə əlaqələndirib.

"Mariupol küçələrində avtomobilimi idarə edərkən bilərəkdən təhlükəsizlik kəmərini taxmamışdım. Çünki, belə şəraitdə kəməri taxmamaq daha yaxşıdır. Bu avtomobili tez tərk etmək üçün lazımdır”.

Qeyd edək ki, Putin martın 19-da Mariupola səfər edərək, şəhərdəki yenidənqurma işləri ilə tanış olmuşdu.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR