"Qalatasaray" "Qarabağ"ın bu futbolçusu ilə maraqlanır - FOTO

Bakıda "Qarabağ" və Türkiyənin "Qalatasaray" komandası arasında keçirilmiş xeyriyyə oyunundan sonra transfer danışığı baş tutub.

Metbuat.az xəbər verir ki, bu iddianı türkiyəli jurnalist Burhan Can Terzi tviter hesabında yazıb.

O, İstanbul təmsilçisinin Toral Bayramovun durumu haqqında maraqlandığını vurğulayıb: "Qarabağ"ın futbolçusu Toral Bayramov "Qalatasaray"ın gündəmindədir. Klub 22 yaşlı sol cinah müdafiəçisi üçün Azərbaycan təmsilçisinin rəsmiləri ilə danışıb və onun haqqında məlumat toplayıb".

Qeyd edək ki, qarşılaşma qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Toral Bayramov – Komanda.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR