"Azərbaycan üçün öhdəliklərinə əməl etmək vacib məsələdir" -

"Qarabağ ermənilərinə Ermənistanla əlaqə məqsədi ilə tək yol üçtərəfli müqavilədə müəyyən edilib. Əlavə yolların olması o demək deyil ki, ermənilər bu yollardan istifadə edə bilərlər".

Metbuat.az xəbər verir ki, bu fikirləri BAXCP sədrinin müşaviri, politoloq Azər Qasımov deyib. Onun sözlərinə görə, Azərbaycanın alternativ yollardan istifadə zamanı bunun qarşısının alması təbbi haldır, çünki Azərbaycan tək bir yolun təhlükəsizliyinə təminat verib.

"Ermənilərin təhlükəsiz gediş-gəlişini təmin etmək üçün digər yolların bağlanması Azərbaycanın vəzifəsidir. Rus sülhməramlıları isə müqavilədən kənar yolların istifadəsinə şərait yaratmaqla elə ilk növbədə sadə erməni əhalisinin təhlükəsizliyini pozurlar. Azərbaycan üçün öhdəliklərinə əməl etmək vacib məsələdir. Bu, keçirilən əməliyyatın erməni tərəfi üçün itkisiz nəticələnməsi ilə də sübut olunur. Azərbaycan əsgəri həm profesionallığı ilə, həm də aldığı əmrə əsasən erməni əsgərinin məhv olmasını istəməyib. Odur ki, əməliyyat itkisiz keçirilib".

Politoloq onu da qeyd etdi ki, ermənilər bir məqamı da yaddan çıxarmasınlar ki, humanist ordumuz həmişə özünü humanist aparmaya bilər.

"Qarabağ ərazisində keçirilən əməliyyat gələcək qarşıdurmanın qarşısını almaq üçün keçirilən əməliyyatdır. Ərazi rus-erməni birliklərinin destruktiv fəaliyyəti nəticəsində yarana biləcək qarşıdurma hərəkətlərinin artırılmasından müdafiə olundu. Öz növbəsində Rusiya Azərbaycanın keçirdiyi əməliyyatlara və atdığı addımlara neytral mövqedə qalır. Bununla Rusiya demək istəyir ki, onun qəra qəbul etmək səlahiyyəti yoxdur. Rusiya istəyir ki, açıq qarşıdurma olmasın. Rus sülhməramlı kontingentinin fəaliyyəti qənaətbəxş olmadığı üçün Azərbaycan bu işi öz üzərinə götürüb və bundan sonra da belə davam edəcək".

METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR