Rusiyadan Ukraynanın hücumu ilə bağlı açıqlama

Rusiyanın Müdafiə Nazirliyi Tula vilayətinin Kireyevsk şəhərində baş verən partlayışın səbəbi ilə bağlı açıqlama verib.

Metbuat.az xəbər verir ki, açıqlamaya görə, Ukrayna Tu-141 Strij tipli PUA ilə Kireyevskə hücum təşkil etməyə cəhd göstərib. Məlumata görə, hücum zamanı Tula bölgəsinə yerləşdirilən S-300 və Pantsir-S1 hava hücumundan müdafiə sistemləri etibarlı qoruma təmin edib. Xüsusilə Ukrayna PUA-larının naviqasiya sistemi sıradan çıxarılıb. Bildirilir ki, istiqamətini itirən PUA Tula vilayətinin Kireyevsk şəhərində qəzaya uğrayıb. Hadisə yerində Rusiya Müdafiə Nazirliyinin, Rusiya Fövqəladə Hallar Nazirliyinin ekspertləri və hüquq-mühafizə orqanlarının əməkdaşları işləyir.

Qeyd edək ki, Paytaxt Moskvadan 220 kilometr aralıda yerləşən Tula vilayətinin Kireyevsk şəhərində partlayış baş verib və nəticədə hadisə yerində çuxur əmələ gəlib. Partlayış nəticəsində 2 nəfərin yaralandığı, çoxmənzilli 3 binanın və bəzi anbarların zədələndiyi bildirilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR