İranlı nazirin paylaşımı tənqid edildi -

İranın xarici işlər naziri Hüseyn Əmirabdullahian Fransadakı etirazlar barədə paylaşım edib.

Metbuat.az Anadolu agentliyinə istinadən xəbər verir ki, nazir Fransa hökumətini pensiya islahatları əleyhinə nümayişlər zamanı insan hüquqlarına hörmət etməyə və dinc nümayişçilərə qarşı zorakılıqdan çəkinməyə çağırıb. O Fransa polisinin pensiya islahatına qarşı keçirilən nümayişlərə müdaxiləsini tənqid edib.

“Biz Fransada dinc nümayişlərə müdaxilə edilməsini qətiyyətlə pisləyirik. Biz Fransa hökumətini insan haqlarına hörmət etməyə və öz tələblərini dinc yolla həyata keçirən xalqına qarşı güc tətbiq etməkdən çəkinməyə çağırırıq” - nazir paylaşımında qeyd edib.

Qeyd edək ki, Hüseyn Əmirabdullahianın paylaşımı bəzi sosial media istifadəçiləri tərəfindən lağa qoyulub. Sosial media istifadəçiləri İran hakimiyyətinin öz ölkəsində keçirilən etirazlara sərt müdaxilə xatırladıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR