Makrona telefonla bağlı ŞOK QADAĞA -

Fransada dövlət qulluqçularına sosial media platformaların, filmlərin, oyunların və video saytlarının iş telefonlarına yükləmək qadağan edilib.

Metbuat.az xəbər verir ki, bu qadağa Prezident Emmanuel Makrona da aiddir. Məlumata görə, qadağanın səbəbi kibertəhlükəsizliklə bağlıdır. Xarici KİV-lər yazır ki, bu qadağa Çin və Qərb arasında ticarət rəqabəti ilə başlayan casusluq iddiaları ilə əlaqəlidir.

Qeyd edək ki, bəzi Qərb ölkələrindən Çin mərkəzli internet platformaları təhlükəsizlik səbəbi ilə qadağan edilib. ABŞ və Avropa ölkələri kibercasusluq qorxusu ilə Çindən idarə edilən tiktok video paylaşım platformasını qadağan edib. Fransa bu qadağanı daha da sərtləşdirib. Məmurlara təkcə tiktok deyil, bütün yükləmələr qadağan edilib. Qadağa siyahısına Netflix kimi film saytları, instagram kimi sosial media saytları və “Candy Crash” kimi oyun saytları da daxildir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR