"Bayraktar"ın yeni modelinin

Türkiyənin "Baykar" şirkəti tərəfindən istehsal edilən "Bayraktar TB3" pilotsuz uçuş aparatının (PUA) fotoları təqdim olunub.

Metbuat.az xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Şirkətdən verilən məlumata görə, PUA bu il uçuş sınaqlarına başlayacaq. Qısa uçuş-enmə zolaqlarından havaya qalxa bilən PUA bu il keçiriləcək TEKNOFEST sərgisində ictimaiyyətə təqdim ediləcək.

Xatırladaq ki, sərgi 27 aprel - 1 may tarixləri arasında İstanbul Atatürk Hava Limanında keçiriləcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR