Azərbaycanda tanınmış tiktoker saxlanıldı -

TikTok-da tanınan bloger Əmrah Məhərrəmov saxlanılıb.

Metbuat.az xəbər verir ki, bu haqda "shownews.az" məlumat yayıb. Bildirilib ki, tiktoker hazırda Nərimanov Rayon Məhkəməsindədir.

Qeyd edək ki, bir müddət öncə tanınmış musiqiçi Hüseyn Məhəmmədoğlu TikTok istifadəçilərinin canlı yayımda işlətdiyi qeyri-etik ifadələrə görə DİN-ə şikayət ünvanlamışdı. Şikayət edilənlər arasında Əmrahın da adı olub. Əmrah bir müddətdir Gürcüstanda olduğu üçün onun Azərbaycana dönüşü gözlənilib. Bu gün ölkəyə gələn Ə.Məhərrəmov saxlanılıb.

Xatırladaq ki, o, daha əvvəl canlı yayımda işlətdiyi söyüşlərə görə həbs edilib.

Onu da bildirək ki, bundan əvvəl "Dakkılı" ləqəbli sosial şəbəkə fəalı Ziliş Cəfərov və Səbuhi Xanlarov da həbs olunmuşdu.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR