Nə Mbappe, nə də Haaland -

“Real Madrid” heyətini yeni hücumçu gücləndirməyə hazırlaşır.

Metbuat.az İspaniya mətbuatına istinadla xəbər verir ki, “Real Madrid” Kərim Benzemanın əvvəlki kimi uğurlu oyun sərgiləmədiyini nəzərə alaraq, yeni hücumçu transfer etməyə hazırlaşır.

İddialara görə, "Real" rəhbərliyi "Tottenhem"in ulduz hücumçusu Harri Keyni heyətinə qatmağa yaxındır.

Məlumata görə, 29 yaşlı forvard üçün danışıqlar müsbət yekunlaşıb. Keyn özü də artıq yeni macəra axtarışındadır.

Lakin təklif olunan məbləğ bəlli deyil.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR