Tanınmamış Cənubi Osetiyanın güc strukturları Rusiyanın analoji strukturları ilə birləşəcək

13:17 25 Dekabr 2014
47 Dünya
Ölkə mətbuatı
A- A+

[ 25 Dekabr 2014 13:14 ]

Bakı – APA. Tanınmamış Cənubi Osetiyanın hüquq-mühafizə orqanları Rusiyanın analoji strukturları ilə birləşəcək.

APA-nın məlumatına görə, bu haqda Rusiyanın “Vedomosti” nəşrinin müvafiq qanun layihəsinə istinadən yaydığı xəbərdə bildirilir.  

 

Qeyd olunur ki, Rusiya ilə Cənubi Osetiyanın müttəfiqliyi haqqında yeni müqavilə bəzi strukturların birləşməsinə gətirib çıxaracaq. Konkret olaraq Moskva Cənubi Osetiyanın təhlükəsizliyinin təminatı ilə bağlı öhdəliyi öz üzərinə götürəcək. Bura həm də respublika daxilində qanunların icrası, ictimai təhlükəsizliyin təminatı daxildir. Tanınmamış Cənubi Osetiyanın güc strukturları və ordusu Rusiyanın analoji strukturlarına daxil olacaq.

 

Qeyd edək ki, Rusiya prezidentinin köməkçisi Vladislav Surkov dekabrın 22-də Sxinvalidə bəyan edib ki, müttəfiqlik haqqında yeni müqavilə 2015-ci ilin yanvarın sonunda imzalanmalıdır.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR