Bu dəfə aldatmır -

ABŞ-ın keçmiş milli təhlükəsizlik məsələləri üzə müşaviri Con Bolton qeyd edib ki, Rusiya prezidenti Vladimir Putinin Belarusda taktiki nüvə silahı yerləşdirmək qərarı aldadıcı deyil.

Metbuat.az xəbər verir ki, onun sözlərinə görə, Putin qərarında ciddi ola bilər. CNN televiziyasına danışan Bolton, Putinin daha əvvəl də nüvə silahından təhdid olaraq istifadə etdiyini bildirib.

"Ancaq o, bu dəfə blef etməyə bilər. Taktiki nüvə silahları əslində Belarusda yerləşdirilə bilər. Ancaq bunun hərbi baxımdan çox fərq edəcəyini düşünmürəm. Çünki Kalininqradda qanadlı raketlər, dronlar və döyüş başlıqları var” – Bolton deyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR