Makronun reytinqi düşdü -

Fransa prezidenti Emmanuel Makronun reytinqi ölkədə pensiya islahatının yaratdığı kütləvi etirazlar fonunda son dörd ilin ən aşağı səviyyəsinə çatıb.

Metbuat.az xəbər verir ki, bu hesabat RTL radiostansiyası üçün keçirilən BVA sorğusunda göstərilib. Sorğuda iştirak edən fransızların yalnız 28%-i Makronun prezident kimi fəaliyyətindən razı qaldığını bildiriblər.

“Dövlət başçısının reytinqi 2018-ci ilin noyabrında “sarı jiletlilər” hərəkatının ən qızğın vaxtında müşahidə olunan ən aşağı səviyyəyə – 26%-ə yaxınlaşır”, - deyə hesabatda qeyd edilib.

Respondentlərin 70%-i pensiya islahatlarının aparılmasının əleyhinə, 64%-i isə etirazçıları dəstəklədiyini bildirib.

Qeyd edək ki, Fransa hökuməti martın əvvəlində etirazlara və tətillərə baxmayaraq, pensiya yaşının 62-dən 64-ə qaldırılması üçün islahatları artıq təsdiqləyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR