Məşhur Daşun 26 yaşında öldü -

Rusiyanın Tümen vilayətində ölkənin ən yaşlı pişiyi ölüb.

Metbuat.az “Kommersant”a isinadən xəbər verir ki, Rusiyanın ən yaşlı siam pişiyi kimi Rusiyanın Rekordlar Kitabına daxil edilmiş Daşunun 26 yaşı var idi.

Pişiyin sahibi Elvira Çaniyeva bildirib ki, son vaxtlar sevimli pişiyi tez-tez xəstələnirmiş.Onun pəncələrində və gözlərində problemlər yaranıb.Elvira Çaniyeva pişiyi 1997-ci ildə küçədən tapıb. Sahibi ev heyvanını müsəlman adət-ənənələrinə uyğun basdırmaq niyyətindədir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR