Eyfel qülləsi ziyarətçilər üçün bağlanıb

Fransadakı Eyfel qülləsi bu gün ziyarətçilər üçün bağlanıb.

Metbuat.az xəbər verir ki, bu barədə məlumat Eyfel qülləsinin rəsmi internet səhifəsində yerləşdirilib.

“Ümummilli tətilə görə Eyfel qülləsi hazırda bağlıdır”, - məlumatda deyilir.

Qeyd edək ki, Fransada davam edən etiraz aksiyaları səbəbindən Luvr muzeyi dünəndən etibarən fəaliyyətini dayandırıb.

Xatırladaq ki, Fransa hökuməti ötən həftə, parlamentdə səsvermə keçirilmədən, ölkədə pensiya yaşını 62-dən 64-ə qaldırmaq barədə qanun layihəsini qəbul etmək üçün müraciət etdikdən sonra insanlar küçələrə axışıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR