Mətbuata cinsi ayri-seçkiliklə məşğul olmağa imkan verilmir -

"Mətbuata imkan verilmir ki, cinsi ayri-seçkiliklə məşğul olsun. Qanuna zidd deyilsə, heç kim şəxsi həyata müdaxilə edə bilməz".

Metbuat.az xəbər verir ki, bunu BMT-nin Qadınlara qarşı ayri-seçkiliyin ləğvi uzrə Komitəsinin üzvü Elgün Səfərov "İnsan alveri ilə mübarizədə medianın rolu: qadın və uşaq hüquqları" adlı təlimdə deyib. O bildirib ki, əks halda inzibati məsuliyyətə cəlb ediləcəkdir:

"Mediada ən çox qadınların üzərinə böyük məsuliyyət qoyulur. Onlar vəzifəyə təyin edildiyi halda iki qat iş tələb edilir. Media sahəsində əmək haqqı məsələsində də qadınlara münasibət heç də ürəkaçan deyil", - deyə o vurğulayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR