Ramzan Kadırovun azyaşlı övladları mükafatlandırıldı

Çeçenistan rəhbəri Ramzan Kadırovun azyaşlı övladları - Axmat və Adam mükafatlandırılıblar.

Metbuat.az xəbər verir ki, Çeçenistanın milli siyasət, xarici əlaqələr, mətbuat və informasiya naziri Əhməd Dudayev belə məlumat yayıb. O bildirib ki, Axmat və Adam terrorla mübarizəyə görə mükafat alıblar. Dudayev bildirib ki, Kadırovun övladları əsl vətənpərvərdir.

Qeyd edək ki, bundan əvvəl Ramzan Kadırov övladlarını Ukraynada döyüşlərə göndərdiyini açıqlamışdı. Lakin onların hansı cəbhədə döyüşdüyü barədə məlumat verilməyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR