Fikrini öyrəndiyiniz psixoloqun diplomunu tələb edin -

"Ümumiyyətlə, hər bir jurnalistin və ya psixoloqa ehtiyac duyan şəxsin hüququdur ki, fikrini öyrəndiyi psixoloqun diplomunu tələb etsin. Bu, üç ay müddətində psixologiya kursu keçən "peşəkarlar"ın müəyyən edilməsinə şəarit yaradacaq".

Metbuat.az xəbər verir ki, bunu psixoloq Rövşən Nəcəfov "İnsan alveri ilə mübarizədə medianın rolu: qadın və uşaq hüquqları" adlı təlimdə deyib.

Onun sözlrəinə görə, ictimai müzakirələrə səbəb olan hadisələrin şərhi zamanı peşəkarların ön planda olmasına ehtiyac var: "Nəticədə mənfi emosiyaların fəallığını artıran materialların təlbliğata çevrilməsinin qarşısı alınacaqdır. Bu məsələdə isə ictimai psixoloqların rolu vacibdir. Psixologiyanın sərhədi hüquqa qədərdir. O həddə çatdığı halda artıq pozuntu sayılır", - deyə o qeyd edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR