Ukrayna Prezidenti Vladimir Zelenski diqqətçəkən açıqlam verib.
Metbuat.az xəbər verir ki, o, “Associated Press”ə müsahibəsində Çin lideri Si Cinpini ölkəsinə dəvət etdiyini ifadə edib. "Biz onu burada görməyə hazırıq" - Zelenski bildirib.
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putinin ən etibarlı tərəfdaşlarından biri olan Çin lideri Si Cinpin müharibə başlayandan sonra Ukrayna Prezidenti Zelenski ilə əlaqə qurmayıb. Çin Ukraynada böhranının siyasi həlli üçün 12 bəndlik plan açıqlayıb. Putin plana müsbət yanaşsa da, Ukrayna tərəfi qəbul etməyib.