"Qarabağ" "Qalatasaray"ın təklifinə cavab verdi

"Qarabağ" Türkiyənin "Qalatasaray" klubunun Azərbaycan üçün ünvanladığı təşəkkür mesajına cavab verib.

Metbuat.az xəbər verir ki, "köhlən atlar"ın rəsmi tvitter hesabında klub prezidenti Tahir Gözəlin fikirləri yer alıb.

Funksioner Prezident İlham Əliyev və xanımı Mehriban Əliyevanın izlədiyi qardaşlıq matçında tribunalarda 62500 azarkeşin olduğunu vurğulayıb: "Azərbaycan - Türkiyə qardaşlığını, həmrəyliyini bir daha dünyaya nümayiş etdirdik".

Tahir Gözəl qarşılaşmadan əldə olunan gəlirin Türkiyədəki zəlzələdən əziyyət çəkənlərə göndəriləcəyini xatırladıb: "Bunun acılarımızı bir az olsun yüngülləşdirəcəyinə ümid edirik. Dəvətimizi qəbul etdiyiniz üçün sizə bir daha təşəkkürümüzü bildiririk. Azərbaycan və Türkiyənin seçilən camiələrinin ən qısa zamanda yenidən bir araya gələcəyinə ümid edirik".

Xatırladaq ki, komandalar arasında Bakı Olimpiya Stadionundakı xeyriyyə qarşılaşması "Qalatasaray"ın 2:1 hesablı qələbəsi ilə başa çatıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR