Türkiyəli müğənni Özcan Dəniz ölümlə hədələnib.
Metbuat.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, o, iranlı həyat yoldaşı Samar Dadqarla qaldığı evin sahibi ilə mübahisə yaşayıb.
Belə ki, bağda aparılacaq işlərlə əlaqədar Özcandan avtomobilini evin önündən çəkməsi istənilib, lakin müğənni əvvəlcədən xəbərdarlıq edilmədiyi üçün razılaşmayıb.
Bundan sonra isə ikili arasında anlaşılmazlıq yaranıb. Ev sahibi "Sən ölməyə layiqsən, silahımı götürməyə gedirəm, sən də götür" deyərək aktyoru hədələyib.
Bundan sonra Özcan polisə müraciət edib. Həyat yoldaşı telefonu göstərib polisə zəng edəcəyini deməsəydi, ev sahibinin həqiqətən də silah götürməyə gedəcəyini deyib.