“Qalatasaray” heyətinə azərbaycanlı futbolçunu qatmaq istəyir
Metbuat.az xəbər verir ki, bu barədə türkiyəli jurnalist Burhan Can Terzi tviter hesabında yazıb.
O, İstanbul təmsilçisinin Toral Bayramovun durumu haqqında maraqlandığını vurğulayıb: "Qarabağ"ın futbolçusu Toral Bayramov "Qalatasaray"ın gündəmindədir. Klub 22 yaşlı sol cinah müdafiəçisi üçün Azərbaycan təmsilçisinin rəsmiləri ilə danışıb və onun haqqında məlumat toplayıb".
Qeyd edək ki, Toral Bayramovun “Qarabağ”la 2026-cı ilə qədər müqaviləsi var.