Şotlandiyanın ilk müsəlman baş naziri seçilən Həmzə Yusif rəsmən fəaliyyətə başlayıb.
Metbuat.az xəbər verir ki, pakistan əsilli baş nazir rəsmi iqamətgahında ilk iş günündə ailəsi ilə namaz qılıb. Bununla bağlı foto paylaşan Yusuf, "İlk gecəmizi “Bute House”da keçiririk. İftardan sonra adəti üzrə ailəmlə namaz qılmağım xüsusi bir məqamdır" deyə yazıb.
Qeyd edək ki, Şotlandiya parlamentində keçirilən iclasda baş nazir seçilən Yusif ölkənin ilk müsəlman baş naziri olmaqla yanaşı, həm də ölkənin ən gənc millət vəkili və ilk müsəlman naziri ünvanlarına sahib olub. Pakistan əsilli Yusuf baş nazir seçiləndən sonra ilk açıqlamasında Şotlandiyaya müstəqillik gətirməkdə qərarlı olduğunu bildirib və "Biz buna nail olacaq nəsil olacağıq" deyib.