Ailə başçısının evində lentə aldığı görüntülər gündəm oldu -

Reddit sosial platformasında paylaşılan görüntülər gündəm olub.

Metbuat.az xəbər verir ki, ər arvadının xəyanətindən şübhələnərək, onu izləməyə qərar verib. Ailə başçısı arvadına işə getdiyini deyərək, evdən çıxıb. Lakin o gizli formada evə qayıdaraq, otaqda gizlənib. Ərin arvadının ona xəyanət etməsi barədə şübhələri doğru çıxıb. Ailə başçısı qadının başqa kişi ilə görüşdüyünü müşahidə edib. O, gizləndiyi yerdən arvadının və onun sevgilisinin görüntülərini lentə alaraq sosial mediada paylaşıb.

Görüntülərdə qadının sevgilisi ilə bağçada əyləndiyi müşahidə edilir. Məlum olub ki, qadının sevgilisi ailə başçısının 3 ilə yaxındır görmədiyi qohumudur. Xəyanət görüntüləri sosial mediada gündəm yaradıb. Hadisənin Afrika ölkələrinin birində baş verdiyi deyilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR