Xalq artisti Valeh Kərimova

Xalq artisti Valeh Kərimov Mingəçevir Dövlət Dram Teatrında quruluşçu rejissor kimi işə başlayıb.

Metbuat.az xəbər verir ki, bu barədə Lent.az-a danışan aktyor bildirib ki, Mingəçevir teatrında həm aktyor, həm də quruluşçu rejissor kimi çalışacaq.

“Artıq ilk tamaşanı hazırlayıb təhvil vermişəm, premyeramız da baş tutub. Yenidən səhnədə olmaq mənə yeni enerji verib. Yolunuz düşsə, buyurun gəlin, Mingəçevirə, maraqlı tamaşalardan zövq alın”, - o bildirib.

Qeyd edək ki, bir müddət öncə aktyorla telefon söhbətimiz zamanı o işsiz olduğunu və yaradıcılığında heç bir yenilik baş verməməsinə görə əsəbləşdiyini bildirmişdi.

Valeh Kərimov teatrda və kinoda çoxlu sayda maraqlı obraazlar yaratsa da, xalqın yadında "Bəxt üzüyü" filmindəki Moşu obrazı ilə daha çox qalıb, daha çox sevilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR