"Walt Disney" şirkəti "Marvel Entertainment"in sədri İsaak Perlmutteri işdən çıxarıb.
Metbuat.az "The New York Times"a istinadən məlumat verir ki, şirkət 80 yaşlı Perlmutteri 7000 işçisini kütləvi ixtisar edən zaman işdən çıxarıb. Qeyd edək ki, Perlmutter komikslərin nəşri ilə məşğul olub. Onun bu əməyi nəticəsində gəlirlər 40 milyon dollardan 60 milyon dollara çatıb. Məlumat üçün bildirək ki, "Walt Disney" şirkəti işçilərin kütləvi şəkildə işdən çıxarılması ilə xərclərin 5,5 milyard dollar azaldılmasına şərait yaradıb.