Şarl Mişel Paşinyana zəng etdi -

Ermənistanın baş naziri Nikol Paşinyan ilə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel arasında telefon danışığı olub.

Metbuat.az xəbər verir ki, bu barədə Paşinyanın mətbuat xidməti məlumat yayıb.

Həmsöhbətlər Laçın dəhlizi ətrafındakı situasiya ilə bağlı məsələləri müzakirə ediblər.

Həmçinin Ermənistan-Azərbaycan danışıqlar prosesi və sülh gündəliyi ətrafında fikir mübadiləsi aparılıb. Tərəflər regionda sabitliyin və sülhün təmin edilməsi istiqamətində ardıcıl iş aparıldığını vurğulayıblar.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR