Lavrov Türkiyəyə gedir

Rusiyanın xarici işlər naziri Sergey Lavrov 6-7 aprel tarixlərində Türkiyəyə səfər edəcək.

Metbuat.az "TRT Haber"ə istinadən xəbər verir ki, yüksək səviyyəli görüşlərin keçirilməsi nəzərdə tutulub.

Rusiya XİN-in sözçüsü Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə Lavrovun Türkiyə səfərinin gündəliyində Qarabağ mövzusunun da olacağını vurğulayıb.

Həmçinin Suriya və Ukrayna məsələləri, eləcə də energetika məsələləri müzakirə olunacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR