Dua edərkən gözlənilməz hadisə baş verdi - 25 nəfər “yoxa çıxdı” /

Hindistanın Madhya Pradeş ştatının İndor şəhərində xoşagəlməz hadisə baş verib.

Metbuat.az xəbər verir ki, festival zamanı məbədin damının uçması nəticəsində azı 25 nəfər quyuya düşüb. Bildirilir ki, hadisə Ram Navami festivalı zamanı “Beleshwar Mahadev Jhulelal” məbədində köhnə böyük quyunun damının çökməsi nəticəsində baş verib. Festival zamanı çox sayda insanın köhnə quyunun damına çıxıb. Nəticədə dam ağırlığı daşıya bilməyərək çöküb. Nəticədə azı 25 nəfər quyuya düşüb.

Quyuya düşənlərdən 18-i xilas edilib. Suda qalan 7 nəfərin axtarışları davam edir. Hindistanın baş naziri Narendra Modi də hadisə ilə bağlı açıqlama verərək, kədərləndiyini bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR