Canlı efirdə Lalə Azərtaşa gələn məktub və üzük gəldi -

Dünən 41 yaşını qeyd edən tanınmış aparıcı Lalə Azərtaşa canlı yayımda məktub və hədiyyə gəlib.

Metbuat.az xəbər verir ki, aparıcı "Xəzər axşamı" verilişində həmin məktubu oxuyub.

Məlum olub ki, məktubu göndərən aparıcını sevən 78 yaşlı Nazilə adlı qadın olub. O məktubda qeyd edib ki, heç vaxt övladı olmayıb: "Səni həmişə efirdə görəndə elə bil öz doğma qızmı görürəm. Çox təəssüf ki, mənim heç övladım olmayıb".

Aparıcıya üzük göndərən qadın nənəsindən anasına və ona qalan üzüyü hədiyyə verib. Lalə Azərtaş da bildirib ki, həmin üzüyü övladına ötürəcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR