Deputat parlamentdə nalayiq videoya baxarkən yaxalandı -

Hindistanda parlament üzvü Jadab Lal Nath, Tripuranın Ştat Assambleyasında büdcə müzakirələri zamanı telefonunda uyğun olmayan kadrlara baxarkən yaxalanıb.

Metbuat.az xəbər verir ki, deputatın görüntüləri sosial mediada gündəm olub. Məsələ barədə açıqlama verən Nath, "Mənə dəfələrlə zəng edildi və zəngə cavab verdikdən sonra telefonumda nalayiq videolar oynanmağa başladı. Bir müddət sonra onları söndürdüm" deyə bildirib.

Tripura parlamentinin sədri Bisvabandhu Sen də hadisə ilə bağlı açıqlama verərək, "Sosial mediada hər şey viral olur. Faktları öyrənmədən hərəkətə keçə bilmərəm. Mənə heç bir yazılı şikayət daxil olmayıb" deyib.

Müxalifət tərəfi isə Nathın bu davranışına sərt reaksiya verib və onun cəzalandırılmasını istəyib.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR